Geri
Xidmətlər

Swift CSP Qiymətləndirmə

Swift CSP müstəqil qiymətləndirməsi

Swift(Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyası Cəmiyyəti) maliyyə təşkilatlarına təhlükəsiz mesajlaşma və kommunikasiya infrastrukturu təqdim edir. Şəbəkəyə qoşulmuş hər bir istifadəçi CSP(Müştəri Təhlükəsizliyi Proqramı) əhatə dairəsində hər il CSCF(Müştəri Təhlükəsizliyi Nəzarət tətbirləri Çərçivəsi)-in məcburi nəzarət tədbirləri üzrə müstəqil qiymətləndirmədən keçməlidir. CyberVision komandası A1, A2, A3, A4 və B arxitektura tipləri üzrə müstəqil xarici qiymətləndirmə həyata keçirir:
  • Arxitektura tipinin təyini və əhatə dairəsinin (komponent inventarı, outsourcing agentlər, service bureau) müəyyənləşdirilməsi
  • Tətbiq olunan məcburi və tövsiyə xarakterli nəzarət tədbirləri üzrə test planının hazırlanması və icrası
  • Sübutların toplanması, hər nəzarət üzrə uyğunluq səviyyəsinin müəyyən edilməsi
  • Swift-in rəsmi Assessment Report və imzalanmış Completion Letter üzrə doldurulma
  • Aşkarlanmış uyğunsuzluqlar üzrə konkret düzəliş tövsiyələri və KYC-SA attestasiyasının dərcinə dəstək

Niyə CyberVision?

CyberVision olaraq Swift CSP dəyərləndirilməsində çoxsaylı peşəkar, beynəlxalq sertifikatlı mütəxəssislərə və böyük təcrübəyə sahibik. Və çox saylı maliyyə təşkilatlarını qiymətləndirmişik. Biz audit prosesindən fərqli olaraq real riskləri aşkar edib, onların aradan qaldırılması üçün optimal həll yolu təklif edirik.